500: Internal Server Error 500: Internal Server Error
Kim - kimdir? — 13 January 2015

Haşımov Əlövsət Rüstəm oğlu – 1910-cu ildə  Yerfi kəndində anadan olmuşdur. 1919-cu ildə atası vəfat etmiş, babasının himayəsində yaşamışdır. 1921-ci ildən kənd təsərrüfatında işləməyə başlamışdır. O, 1925-1931-ci illərdə Yerfi  kənd kolxoz cavanlar məktəbində, sonra isə Quba pedaqoji Texnikumunda oxumuşdur. Azərbaycan Dövlət Pedaqoji institutunda qiyabi təhsilini davam etdirən Haşımov 1931-1937-ci illərdə Talış və Qayadalı kənd məktəblərində müəllim işləmişdir.
hasgimov_alosat_kimdir
Sonrakı illərdə Azərbaycan KP MK yanında partiya sovet işçiləri hazırlayan məktəbi və iki illik Ali partiya məktəbini bitirmişdir. 1939-cu ildən Sov.İKP üzvü Ə.Haşımov Qonaqkənd rayon partiya komitəsində təlimatçı, partiya kabinəsi müdiri, təbliğat-təşviqat şöbə müdiri, rayon partiya komitəsinin katibi, rayon qəzetinin redaktoru, 1950-1953-cü illərdə Qonaqkənd rayon icraiyyə komitəsinin sədri kimi məsul vəzifələrdə çalışmışdır.

 

1956-cı ilin fevralında MK-nın çağırışı ilə 30 minçi kimi geridə qalan Xınalıq sovetliyinə aid olan Dimitrov adına kolxoza sədr getmiş, 1971-ci ilədək, yəni pensiyaya çıxanadək bu təsərrüfata rəhbərlik etmişdir. Xınalıq kəndinin respublikada geniş miqyasda tanıdılmasının başlanılması, mədəniyyət və incəsənət xadimlərinin Xınalığa mütəmadi səfərlərinin təşkili onun rəhbərlik etdiyi dövrə təsadüf edir.

 

1963-cü ildə kolxozun iş təcrübəsini yaymaq məqsədi ilə “Selskaya jizn” qəzetində çıxış etmiş, “Pravda”, “Kommunist”, “Sovet kəndi”, “Bakinskiy raboçiy” qəzetləri onun iş təcrübəsini işıqlandırmış, daha sonra, “Kolxozlarda əmək haqqı verilməsinin təkmilləşdirilməsi” adlı kitabçası nəşr edilmişdir. Ə.Haşımov iki dəfə Qırmızı Əmək Bayrağı ordeni ilə və bir çox medallarla təltif olunmuşdur. Ümumittifaq əhəmiyyətli fərdi pensiyaçı 1985-ci ilədək , yəni vəfat edənək rayon partiya komitəsinin üzvü və İnqilabi şöhrət şurasının sədri olmuşdur.

Share

About Author

(0) Readers Comments

Comments are closed.