500: Internal Server Error 500: Internal Server Error
Kim - kimdir? — 19 June 2015

 

Ələskərli Ələskər Ramazan oğlu 26 dekabr 1968-ci ildə Alpan kəndində anadan olmuşdur.

 

1976-1986-cı illərdə Alpan kənd orta məktəbində təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra ali məktəbə qəbul olunan Ələskər Ələskərli 1986-1993-cü illərdə Azərbaycan Texniki Universitetində təhsil almışdır. 1987-1989-cu illərdə hərbi xidmətdə olmuşdur. 1993-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olunmuş, 1997-ci ildə oranı bitirdikdən sonra Türkiyədə Mərmərə Universitetində təhsilini davam etdirmiş və 2000-ci ildə magistraturanı, 2007-ci ildə Ankara Universitetinin doktoranturasını  bitirmişdir.

 

1992-ci ildə Vətənimizin ağır günlərində döyüşə yollanmış Ələskər bəy ağır döyüşlərin iştirakçısı olmuşdur.

 

Hüquq elmləri doktoru Ələskər Ələskərli ictimai işlərdən də kənarda qalmamış biliyi və bacarığı ilə həmişə öndə olmuşdur. 1996-cə ildə Alpan kənd məscidinin təmirində və dini icmanın qurulmasında fədakarlıq göstərmişdir. Hal-hazırda da dini icmanın işinə hərtərəfli yardım göstərir.

 

Əmək fəaliyyəti dövründə bir çox müəssisələrdə çalışmışdır. Hal-hazırda Türkiyədə  çalışır. Elmi, pedaqoji fəaliyyəti ilə yanaşı onun siyasi-ictimai fəaliyyəti də təqdirəlayiqdir.

 

Təbiət vurğunu,vətən, millət təəssübkeşi olan Ələskər bəyin öz şeriyyət dünyası var. Beynindəki fikirlərini şer vasitəsilə ustalıqla çatdırmağı bacarır.

 

Onlarla məqalə və bir neçə kitab müəllifi olan Ələskər müəllimin  siyasi fəaliyyəti də təqdirəlayiqdir. 2005-ci ildə Milli Məclisə keçirilən seçkilərdə iştirak etmiş və Quba rayonunu təmsil etmiş namizəd olmuşdur. Hal-hazırda Türkiyədə yaşayan Ələskər Ələskərli Azərbaycanı layiqincə təmsil edir, Azərbaycanla bağlı bütün tədbirlərin ən fəal iştirakçılarından biridir.
Mənbə
Alpan.az

 

Share

About Author

rufiz

(0) Readers Comments

Comments are closed.